Şəki yol polisindən nümunəvi addım - FOTO - VİDEO

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə, Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən Şəki şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə, şəhər bələdiyyəsinin köməkliyi ilə 3 nöqtədə, xəbərdarlıqla yanaşı təhlükəsizlik qaydalarına riayət edilməsini təbliğ edən tablolar quraşdırlmışdır. Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev “ARB-Şəki” televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, aparılmış təhlillərlə müəyyən edilib ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri xüsusilə sürücülər tərəfindən sürət məhdudiyyətinin aşılması nəticəsində baş verir. Nəqliyyat vasitələrini idarə edərkən, sürücülər tərəfindən təhlükəsizlik kəmərindən istifadə edilməməsi isə, baş verən qəzalarda ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur. Təbliğat-təşviqat xarakterli məlumat tablolarının quraşdırılmasında məqsəd, sürücüləri yol hərəkəti təhlükəsizliyinin təbliğinə təşviq etməkdir. Gələcəkdə daha da təkmilləşdirilməsi, şəhər ərazisində elektron tabloların quraşdırılması nəzərdə tutulub.
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK

















