Şəki yol polisindən qarlı hava ilə bağlı sürücülərə müraciət - VİDEO

Şəki yol polisi qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Avtosfer.az-a daxil olan müraciətdə deyilir:
Qış mövsümündə təkərləri zəncirləmək mütləq deyil. Məhz qış mövsümü üçün nəzərdə tutulmuş təkərlərdən istifadə olunarsa, heç bir narahatlığa əsas yoxdur.
Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.
Hava şəraiti (yolların buzlu, sürüşkən olması) ilə bağlı, sürücülər avtomobillərinin texniki cəhətdən sazlığına daha çox fikir verməlidirlər. Nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər.
Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə sürücülərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə nəzərdə tutulur.
Piyadalar, metroloji şəraiti nəzərə alsınlar, daha çox diqqətli olsunlar, qəzaya düşməmək üçün aşağıdakı qaydalara riayət etsinlər:
- Küçələrdə səkilərlə, yollarda isə ehtiyyat hissə ilə hərəkət edin. Əgər səki yoxdursa küçənin tam kənarı ilə gedin.
- Piyada keçidləri ilə küçəni keçin. Piyada keçidi yoxdursa, küçənin düz xəttli hissəsindən yəni hər iki tərəf yaxşı görünən yerindən sola-sağa baxmaqla çox diqqətlə avtomobilin yaxınlaşmadığını tam yəqin edərək keçin.
- Yaxınlaşan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmayın.
- Küçəni svetoforun (nizamlayıcının) işarələrinə riayət etməklə keçin.
- Avtobusları dayanacaqlarda, dayanacaq yoxdursa səkilərdə gözləyin. Avtobus tam dayanmamış ona yaxınlaşmayın.
- Küçə və yolları keçərkən qaçmaq, tələsmək, diqqətsizlik etmək olmaz.
- Küçə və yolda dayanmış nəqliyyat vasitəsinin qarşısından keçmək çox təhlükəlidir. Ən çox hadisələr bu səbəbdən olur. Dayanmış avtomobilin arxa hissəsindən keçmək lazımdır.
- Yolun hərəkət hissəsində zərurət olmadan ləngimək və dayanmaq olmaz.
DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO










