Şəkidə avtoxuliqanlıq edən sürücü yeddinci dəfə saxlanıldı - FOTO - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan, avtomobildə konstruksiya dəyişikliyinə yol verən və bu kimi əməllərini sosial şəbəkələrdə paylaşan sürücü müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəki şəhər sakini Elmir Hacıyev ön dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub və onun avtoxuliqanlıq hərəkətləri vətəndaşların da haqlı narazılığına səbəb olub. Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib. Elmir Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, Elmir Hacıyev son 1 il ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını ümumilikdə 6 dəfə müxtəlif üsullarla pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














