Şəki DYP-dən piyadalara XƏBƏRDARLIQ - FOTO

Yol- nəqliyyat hadisələrinin təhlili göstərir ki,təkcə cari ilin ilk 3 ayı ərzində,respublika ərazisində piyadaların vurulması ilə bağlı 142 hadisə qeydə alınmışdır ki,nəticədə 49 nəfər həlak olmuş, 99 nəfər isə yaralanmışdır. Bu hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 37,8 %-ni təşkil edir.
Havaların isinməsi ilə əlaqədar,piyadaların hərəkət intensivliyində, eləcə də adətən aprel- may aylarında piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə edildiyini nəzərə alaraq,bu istiqamətdə nəzarət- profilaktiki tədbirlərin daha da gücləndirilməsi,hərəkət iştirakçıları,xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin 22 aprel 2021-ci il tarixli müvafiq göstərişinə əsasən cari ilin aprel ayının 26-dan may ayının 3-dək respublika ərazisində "Piyadalar,diqqətli olun!"şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Odur ki,yol hərəkəti qaydalarına riayət edin,qəzalardan uzaq olun.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













