Serjantlıqdan polkovnik rütbəsinə qədər keçən ömür - Nekroloq

Uzun illər daxili işlər orqanlarında çalışmış, təqaüddə olan polkovnik Eldar Qalabəyov bu gün 69 yaşında dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, Eldar Əsgər oğlu Qalabəyov 1951-ci ildə Naxçıvanda dünyaya gəlib. Uzun illər dövlət yol polisi sistemində çalışıb. Naxçıvanda Dövlət Yol Polisinin inspektoru kimi fəaliyyətə başlayan Eldar Qalabəyov daha sonra Culfa rayon Yol polis şöbəsinin rəisi işləyib, eyni zamanda Naxçıvanda imtahan qeydiyyat idarəsinə rəhbərlik edib. Eldar Qalabəyov həmçinin polis məktəbində rəis müavini vəzifəsində də çalışıb. 1994-cü ildə Bakı Şəhər Dövlət Yol Polis İdarəsində alay komandirinin müavini kimi fəaliyyət göstərib. Serjantlıqdan polkovnik rütbəsinə qədər yüksələn Eldar Qalabəyov ümumilikdə 35 ildən çox daxili işlər orqanlarında xidmət keçirib.
Qeyd edək ki, Eldar Qalabəyov Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, hazırda Nərimanov rayon Polis İdarəsində çalışan Cəmşid Hənifəyevin qayınatasıdır.
Avtosfer.az kollektivi adından mərhumun yaxınlarına və Cəmşid Hənifəyevə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













