Avtobus sərnişinlərinin 30-40 faizi maskadan istifadə edir - Kamran Əliyev

Sərt karantin dövründə Bakı şəhərində sıxlıq ehtimal olunmur. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, əksər qurumların ictimai zolaqların olması yaxşı olar: "Amma elə küçələr var ki orada marşrut xəttinə ayrca zolaqlar yaratmaq mümkün deyil. Elə marşrut xətti var ki, onun keçdiyi bir küçə genişdir, digər küçələr dar. Gələcəkdə avtomobil yollarının bərpasında bu məsələlər də həllini tapacaq. Sadəcə insanlar maskalardan istifadə etməlidir.
Avtobusda cəmi 30-40 faiz maskadan istifadə edir, qalan sərnişinlər yox. Düzdür bu məsələyə polis nəzarət edir. Amma polis avtobuslarda bütün gün gəzə bilməz. Sərnişinlər özləri məsuliyyətli olmalı və maskadan istifadə etməlidir". (Trend)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












