"Sərxoş deyildim, yol polisi cərimə yazdı" - HƏRBÇİDƏN İDDİA - AÇIQLAMA

Sürücü əsassız şəkildə cərimə edildiyini idda edir. Avtosfer.az-a müraciət edən 10-ZL-252 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sahibi olan hərbiçi başına gələn hadisəni danışıb. “Avqustun 11-i, saat 21:30-22:00 radələrində Ağdam rayon DYPB-nin əməkdaşları stasionar postdan kənarda, məhəllə yolunda qayda pozmadığım halda məni saxladı. İnspektor özünü təqdim etmədən birbaşa “içkilisən ə?” sualını ünvanladı və mən “yox” deyə cavab verdim. Ardınca içkinin qoxusunun uzaqdan onu vurduğunu iddia edən inspektor salfeti mənə uzadaraq ona nəfəs verməyimi tələb etdi. Bunun qanun çərçivəsindən kənar olduğu bildirərək etiraz etdim. Cavab olaraq məni təhdid edən inspektor əraziyə Post Patrul Xidməti Əməkdaşlarını çağırdı.”
Qısa müddətdə əraziyə yaxınlaşan mülki maşında 4 nəfər şəxs, daha sonra isə PPX əməkdaşlarının gəldiyini qeyd edən zərərçəkmiş onu məcburi şəkildə şöbəyə, avtomobilini isə cərimə meydançasına apardıqlarını bildirib. Qeyri-etik davranışların şöbədə də davam etdiyini vurğulayan şikayətçi gələn həkimin steril olmayan alkotestri ona uzatdığı üçün nəfəs verməkdən imtina etdiyini və hərbi polisə təhvil vermələrini tələb edib.
Belə ki, biri mayor, digəri gizir rütbəsində olmaqla iki nəfər hərbi polis onu Bərdə rayonunun Hərbi Polis İdarəsinə aparıb. Ardınca sərxoşluğunu yoxlamaq üçün Bərdə RMX TY şöbəsinə aparılan hərbiçi alkotestr cihazının olmaması səbəbilə Tərtərə gətirilib. Müayinədən keçən şikayətçinin çıxan nəticəyə əsasən, içkili olmadığı müəyyənləşib. Lakin gecəni Hərbi Polis İdarəsində qalan hərbiçiyə səhər saatlarında İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə ilə qərarsız protokol gəlib.
Zərərçəkmiş həmçinin qarşı tərəfin bir sıra əsassız videoları lentə alaraq ona qarşı sübut kimi istifadə edəcəklərini əlavə edib. Belə ki, avtomobilini cərimə meydançasına gətirərkən təhvil almazdan öncə ona ümumi olaraq maşınına göz gəzdirməsini qeyd ediblər. Hərbiçi sükan arxasında və avtomobildən enərkən isə videolar çəkilib və guya onun içkili halda avtomobildən düşüdüyünün “sübutu” kimi göstərilib.
Bundan əlavə ona təyziq göstərdikləri və qayda pozmadığı halda təqsirləndirdikləri zaman aqressiv cavablarından da sui-istifadə edərək bu məqamları “sübut” kimi lentə alıblar.
Hərbçi Daxili İşlər Nazirliyinin rəhbərliyindən hadisəyə düzgün hüquqi qiymət verilməsi üçün tədbirlər görməyi xahiş edir.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb nəticəsi ilə bağlı müvafiq məlumat veriləcək.
Fərid
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












