Son 1 ildə yük maşınlarının iştirakı ilə 127 qəza olub, 84 nəfər ölüb

Son 1 ildə yük avtomobillərinin iştirakı ilə qeydə alınan 127 yol qəzasında 84 nəfər həlak olub, 85 nəfər isə xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciətində qeyd olunub.
Bildirilib ki, nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
"Bu isə həmin daşımalar zamanı böyük maliyyə vəsaiti hesabına ərsəyə gətirilmiş yolların , körpülərin, yol ötürücülərinin və digər qurğuların vaxtından əvvəl sıradan çıxması ilə yanaşı , bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olur.
Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək", - müraciətdə vurğulanıb.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










