Belə nömrə ilə maşın sürənlərin cəriməsi azaldıldı, bal ləğv edildi - DYP-dən AÇIQLAMA

“Bəzi media resurslarında İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin yeddinci hissəsində “mövcud standartlara uyğun olmayan” sözlərinin çıxarılaraq, məcəllənin 342.1.3-cü maddəsinə əlavə edilməsi düzgün tirajlanmayıb”.
Bu fikirləri Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O qeyd edib ki, standartlara uyğun olmayan nömrələr üçün cərimələr artırılmayıb:
“Onlar üçün nəzərdə tutulmuş cərimə məbləği 40 manatdır. Bu, həmin məsələnin İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə keçirilməsi ilə müəyyənləşib.
Məcəllənin 342.7-ci maddəsində isə cərimə məbləği 60 manatdan 100 manata artırılmaqla, yalnız saxta nömrələrlə avtomobil idarə edən şəxslər üçün sanksiyalar müəyyən edilib” - deyə Araz Əsgərli bildirib.
Avtosfer.az xəbər verir ki, əvvəllər mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə 4 bal 60 manat məbləğində nəzərdə tutulmuşdu. Mövcud standart dedikdə rəqəm və hərflərin, bayrağın rənginin pozulması başa düşülür. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdən sonra belə qeydiyyat nişanlarına görə cərimə 60 manatdan 40 manata endirilib və tətbiq edilən 4 bal da ləğv edilib. Lakin edilən digər dəyişikliyə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə tətbiq edilən 4 bal 60 manatlıq cərimə 100 manata qaldırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












