Sumqayıtda 50 minə yaxın sürücü cərimələnib - Reydlər davam edir - FOTO - VİDEO

Sumqayıtda bir ayda sürücülərə qarşı 50 minə yaxın cərimə yazılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində şəhər ərazisində növbəti profilaktik tədbir keçirilib.
Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.
Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. "Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 40 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.
Həmçinin, Sumqayıt şəhərində yol polislərinin cari il ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı 48 284 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən 370, narkotikin təsiri altında sükan arxasında əyləşən 128, sürücülük hüququ olmayan 110, avtoxuliqanlıq edən 5, polisin qanuni saxla əmrinə tabe olmayan 23, yük və sərnişindaşıma qaydalarını pozan 202, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində 25 139 inzibati protokol tərtib edilib.
Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də müvafiq tədbirlər görülüb.
"Sumqayıt şəhəri ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan intizamsız sürücülərə qarşı profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək", - məlumatda qeyd olunub.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
















