Sumqayıtda yol polisi qayda pozan sürücü və piyadalara qarşı reyd keçirdi - FOTO - VİDEO

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin tərtib etdiyi plan əsasında yol-hərərkəti təhlükəsizliyinə dair təbliğat işləri davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu gün Sumqayıt şəhəri ərazisində dayanma-durma, parklanma qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib. Reyd zamanı dayanma-durma qaydalarını pozan, piyada səkilərində, avtobus dayanacaqlarında, keçidlərin yaxınlığında maşın saxlayan onlarla sürücü aşkar edilib. Onların bir neçəsi inzibati məsuliyyətə cəlb olunub. Əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılıb, yol polisi sürücüləri dayanma-durma qaydalarına əməl etməyə çağırıb.

Sürücülər yer tapmaqda çətinlik çəkdiklərini, xüsusən taksi duracaqlarının olmamasını önə çəksələr də, diqqətə çatdırılıb ki, yol-hərəkəti təhlükəsizliyində hər bir vətəndaşın yol-hərəkəti qaydalarına əməl etməsi vacibdir.

Dayanma-durma, parklanma qaydalarının pozulması digər hərəkət iştirakçılarının ləngiməsinə, yollarda səbəbsiz yerə vaxt itirmsinə gətirib çıxarır. Piyadalar isə səkilərdə normal hərəkət edə bilmir, keçidə daxil olduqda isə digər nəqliyyat vasitələrinin sürücüləri onları görə bilmir. Nəticədə ağır qəzalar baş verir. Bu baxımdan yol polisi sürücülərlə maarifləndirici söhbətləri daha üstün tutur, gələcəkdə qayda pozuntularına yol verməmələri üçün onlara tövsiyyələr verib.

Sumqayıtda keçirilən tədbirlər zamanı qayda pozan piyadalara da rast gəlinib. Yol polisi piyada keçidi olduğu halda qəflətən yola çıxaraq təhlükə yaradan 48 piyadanı saxlayıb, onlarla maarifləndirici söhbətlər aparıb. Daha təhlükəli hərəkətlərə yol verən 11 piyada inzibati məsuliyyətə cəlb edilib.

Elmin
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK





























