Sürətli yoldan hərəkətin əksinə gedən sürücü saxlanıldı - 90-FL-748 - VİDEO
Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, sürücünün birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsinin hansı nəticələrə səbəb ola biləcəyi, eləcə də bu kimi qayada pozuntularına yol verən şəxslərlə bağlı görülən tədbirlər barədə ictimaiyyətə vaxtaşırı məlumat verilməsinə baxmayaraq, sosial şəbəkələrdə yenidən analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.
Haqlı olaraq ictimai qınaq obyektinə çevrilən bu dəfə ki videogörüntü Bakı-Qazax avtomobil yolunda çəkilib. Araşdırma zamanı “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Ucar rayon sakini Qarakişi Kərimov olduğu müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumat üçün qeyd edək ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb.
"Baş DYP İdarəsi bu statistikanı xatırlatmaqla yanaşı bir daha sürücülərə müraciət edərək onları qaydalara sözsüz əməl etməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır!".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












