Sürücü karantin postunda şou göstərib qaçdı, tutulanda "peşmanam" dedi - VİDEO

Ötən gün Quba istiqamətində yerləşən karantin postunda gərgin anlar yaşanıb. Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər sakini Əli Hüseynov idarə etdiyi “Chevrolet” markalı, 99 KE 822 dövlət nömrə nişanlı avtomobillə karantin postundan geriyə qaytarılıb. Lakin sürücü anidən avtomobili ərizidə xidmət aparan yol polis inspektoru Elvin Xankişiyevin üzərinə sürüb və maşında əyələşən valideynlərinin həyatını təhlükəyə ataraq yüksək sürətlə ərazidən uzaqlaşıb.
Dərhal yol polisi və Post-patrul xidmətinin əməkdaşları qaçan şəxsin axtarışına başlayırlar. Sürücü Hüseynov Əli Xaləddin oğlu az sonra yaxalanıb. O, İnzibati Xətalar Məcəlləsinin 332.3, yəni nəqliyyat vasitəsinin idarəetmə hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.
Əli Hüseynov ifadəsində deyib ki, iyunun 20-də Quba istamətində gedərkən polis əməkdaşları onu saxlayıblar. O polisin tələbinə tabe olmayıb və bu əməlinə görə peşimandır. Ə.Hüseynov etdiyi hərəkətə görə polisdən üzr istəyib.
Musa
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












