Tanınmış psixoloqdan polisə qeyri-adi müraciət: "Avtomobilimi cinlərin əlindən alın" - VİDEO

"Dövlət Yol Polisindən xahiş edirəm ki, avtomobilimi cinlərin əlindən alaraq mənə geri qaytarsın".
Belə bir qeyri-adi təkliflə psixoloq Nizami Orucov hüquq-mühafizə orqanlarına müraciət edib.
O, yaydığı videomüraciətdə bildirb ki, avtomobili 3 il 5 aydır Cavadxan küçəsi, 15 ünvanından tərpədilməyib: "Amma gəlin, mənə gələn cərimələrə baxaq. Mən 3 il 5 aydır avtomobili sürmürəm. Necə olur ki, avtomobilim yerində qala-qala, mənə 5 cərimə gəlib? Cərimələrin 3-4-də həmin ünvan, 1-də isə Bakıda ümumiyyətlə, tanımadığım bir ərazi göstərilib. Bu necə olur?"
Daha sonra N.Orucov sms-radarın qeydə aldığı cərimələri təqdim edib. Cərimələrədən biri (50 manat məbləğində) Balaxanı yaşayış sahəsi, 100 ünvanında qeydə alınıb. Avtomobilin sahibi qeyd edib ki, ümumiyyətlə, həmin ünvanda olmayıb.
N.Orucov avtomobili yerindən tərpənməsə də, ona ümumilikdə 290 manat cərimə təyin edildiyini bildirib. (Bakupost.az)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












