Təqibdən qaçan sərxoş sürücü YPX əməkdaşını vurdu: 6 maddə üzrə protokol tərtib edilib – VİDEO

Rusiyanın Çelyabinsk əyalətində təqibdən qaçan sərxoş sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşını vurub. Avtosfer.az xəbər verir ki, həmin anda qaydapozucunun avtomobilində onun kiçik oğlu da olub. Bu barədə Rusiya Daxili İşlər Naziriliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Maqnitoqorsk şəhəri üzrə növbətçi hissədən daxil olan məlumata görə, “Mazda” markalı minik avtomobilinin sürücüsü hərəkətdə olan zaman təhlükəli manevrlər edib və YPX əməkdaşlarının əmrinə tabe olmayaraq iz itirməyə çalışıb.
Təqibdən yayınan zaman isə yol ayrıcılarından birində əks yoldan gələn avtomobillə toqquşub və dayanıb. Bu zaman YPX əməkdaşları onu saxlamağa çalışıblar, lakin sürücü avtomobili arxaya hərəkət etdirərək polis əməkdaşını vurub.
Qayda pozucu, təqibə qoşulan daha 4 ekipaj qrupundan sonra yaxalanıb.
Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 6 maddəsi üzrə protokollar tərtib edilib.
Saxlanılan şəxsin yayındığı bu müddət ərzində ön sərnişin oturacağında olan 4 yaşlı oğlu anasına təhvil verilib. Oğlan xəsarət almayıb.
Vurulan yol polisi əməkdaşının tibbi yardıma ehtiyacı olmayıb. O, xidmətinə davam edir.
Namiq Musayev
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












