Təsdiqlənmiş icazə sənədi olanlar niyə cərimələnir? - DYP aydınlıq GƏTİRDİ
Yol polisi
6 İyul 2020 12:49

Məlum olduğu kimi, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. İyunda qaydalara uyğun olaraq portal vasitəsilə icazə almış vətəndaşlar sərt karantin müddətinin uzadılması səbəbindən 4 iyul tarixində icazə müddətini 20 iyula kimi yeniləsələr də, dünən axşam saatlarından bir çox şirkətin əməkdaşlarının, taksi fəaliyyəti göstərən şəxslərin, o cümlədən, VÖEN-li sahibkarların icazələrinin bir qismi ləğv edilib.
Vətəndaşlar isə əllərində yeni, təsdiqlənmiş icazə sənədi olduğu üçün icazə portalında adlarını yoxlamadan evdən çıxıblar. Və dünəndən etibarən polis tərəfindən cərimələnməyə başlayıblar. Onlara sistemdə adlarının olmadığı və bu halın da qanun pozuntusu hesab edildiyi bildirilib.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, bu haqda vətəndaşlara əvvəlki günlərdə xəbərdarlıq olunub və cərimələrlə bağlı güzəşt gözlənilmir: “Cərimələnən şəxslərə nə güzəşt oluna bilər axı? Biz dedik ki, hamı icazə portalında adının olub-olmamasına baxsın. Hər kəs adını portala daxil etmiş vəzifəli şəxslə, işlədiyi təşkilatın rəhbəri ilə əlaqə saxlasın, dəqiqləşdirsin. Yaxşı olar ki, vətəndaşlar həmin informasiyanı dəqiqləşdirdikdən sonra evini tərk eləsin. İndi onlara nə güzəşt edilə bilər? Qərara əsasən bütün sahələrdə 50%-dək işçilərin sayı məhdudlaşdırılır. Faktiki olaraq həmin şəxslər bu gün karantin rejimini pozmuş sayılır.
Qaydalara uyğun olaraq da adı portalda olmayan və ya çıxarılan şəxslərin hərəkətləri karantin şəraitinin pozulması kimi qiymətləndirilir. Həmin hərəkət də inzibatı məsuliyyətə səbəb olur. Burada polis əməkdaşının heç bir günahı yoxdur”.
Oxunub : 11402
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












