Texniki baxış məntəqəsində sürücülərə sürpriz - Nümunəvi olanlar seçildi - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Nümunəvi sürücülər" müsabiqəsi ilə əlaqədar olaraq il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər tərəfimizdən müəyyən edilərək Baş DYP İdarəsi tərəfindən qiymətli hədiyələrlə mükafatlandırılıblar.
Məqsədimiz sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda insanlarımızın təhlükəsizliyini təmin etməkdir.
Yollarda təhlükəsizliyin təmin olunmasının əsas tələblərindən biri də nəqliyyat vasitələrinin saz vəziyyətdə istismar edilməsidir. Bununla əlaqədar olaraq artıq bir neçə müddətdir ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.
Bununla da nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərən Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanıblar.
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi


















