Torpaq yolla rayona getmək istəyənlər tutuldu - FOTO - VİDEO

İyul ayının 7-i, saat 13:00 radələrində DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı-Şamaxı yolunda xidmət aparan əməkdaşları tərəfindən “Mercedes” markalı 10-XS-248 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Qəbələ rayon sakini Ağakişiyev Əziz Gülağa oğlunun xüsusi icazələri olmayan 3 nəfər sərnişinlə Bakı şəhəri istiqamətinə, “Mercedes” markalı 90-VS-390 dövlət qeydiyyat nişanlı digər avtomobilin sürücüsü, Ağdaş rayon sakini Hüseynov Nicat Xaləddin oğlunun isə paytaxtdan 1 nəfər sərnişini Bakı-Şamaxı yolunun 31-ci km-də yerləşən xüsusi karantin postundan yayınaraq gizli şəkildə torpaq yollarla rayona aparmaq cəhdlərinin qarşısı alınıb. Saxlanılan hər 2 sürücü və 4 sərnişin barədə sənədləşmə aparılaraq müvafiq qərar qəbul edilməsi üçün materiallar məhkəmə orqanlarına göndərilib.
Artıq məhkəmə hər 2 sürücüyə 15 gün inzibati həbs cəzası verib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















