Ümummilli Lider daxili işlər orqanlarının formalaşmasında və inkişafında mühüm rol oynayıb - FOTO

Bu il “Heydər Əliyev İli” çərçivəsində daxili işlər orqanlarında keçirilən silsilə tədbirlərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində təşkil olunub.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamladığını, böyük düha sahibi olan Ümummilli Liderin xalqa bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin rəmzi olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin dövlətçilik tarixində misilsiz xidmətləri barədə ətraflı məlumat verən polis general-mayoru Ramiz Zeynalov, Ümummilli Liderin daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolunu, şəxsi heyətə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən “Tarixin izi ilə” adlı sənədli film nümayiş olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














