“Uşaqlara yol hərəkəti qaydalarını necə öyrətməli?” mövzusunda yarış keçirildi - FOTO

Mayın 19-da “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi , Sabunçu rayon Dövlət Yol Polis şöbəsinin təşkilatçılığı ilə 4 nömrəli tam orta məktəbdə “Uşaqlara yol hərəkəti qaydalarını necə öyrətməli?” mövzusunda intellektual yarış keçirilib.
Avtosfer.az xəbər verir ki, məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova, polis serjantı Elnur Mahmudov, Sabunçu RDYPŞ-nin polis mayoru Elmar Əbilov 4 saylı tam orta məktəbin direktoru, müəllimlər və uşaqlar iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova , polis serjantı Elnur Mahmudov və Sabunçu RDYPŞ-nin polis mayoru Elmar Əbilov yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldıla biləcəyi məqsədilə görülən işlərdən danışıblar.
Sonda 4 nömrəli tam orta məktəbin rəhbərliyi yarışın təşkilatçılarına təşəkkürünü bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















