Vəkillər Kollegiyası ilə Polis Akademiyası arasında memorandum imzalanıb - FOTO

Azərbaycan Vəkillər Kollegiyası ilə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası arasında memorandum imzalanıb.
Bu barədə Kollegiyadan məlumat verilib.
Bildirilib ki, mayın 3-də Polis Akademiyasında “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika elmi-praktik konfransı keçirilib.
Tədbirə başlamazdan əvvəl qonaqların iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulub. Daha sonra Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını açılış nitqi ilə salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransın işinə uğurlar arzulayıb. Akademiya rəisi bildirib ki, bu gün Azərbaycan gənclərinin bütün sahələrdə özlərini doğrultmaları, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.
Tədbirin davamında DİN-in Polis Akademiyasının kursantı Fəxri Şirinov kursantları tərəfindən hazırlanmış ulu öndərə həsr olunmuş saytın təqdimatını edib. Təqdimatdan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Elşad Nəsirov, Mediasiya Şurasının İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Nigar Qələndərli konfransda açılış nitqi ilə çıxış ediblər.
Daha sonra Polis Akademiyası və Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












