Vəsiqəsiz və narkotikin təsiri altında maşın sürən şəxs tutuldu - Qaradağ postunda - FOTO

Sürücülük hüququ olmadan avtomobil idarə edən narkotik aludəçisi ifşa olunub.
Bu barədə Avtosfer.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Xəbərə görə, BDYPİ-nin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb.
Belə ki, Neftçala rayon sakini Araz Abdullayevin idarə etdiyi “Jiquli” markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda xidmət edən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.
Bununla yanaşı, sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə və araşdırma zamanı Araz Abdullayevin narkotik maddə qəbul etməsi, eləcə də eyni əmələ görə bir müddət əvvəl də inzibati məsuliyyətə cəlb olunması müəyyən edilib.
Özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan Araz Abdullayev məhkəmənin qərarı ilə 30 gün müddətində inzibati qaydada həbs edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















