Vətəndaş DYP-yə Whatsapp-dan müraciət etdi; hadisə yerindən qaçan sürücü tapıldı - VİDEO
Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü DYP əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
Baş DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, paytaxt ərazisində "MAZ" markalı 33-ZA-043 nömrə nişanlı yük avtomobilinin yol nəqliyyat hadisəsi törədərək daha sonra hadisə yerindən uzaqlaşması barədə 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş videomüraciət əsasında araşdırma aparılıb, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov DYP əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.
Baş DYP İdarəsi bir daha bütün sürücülərdən yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmağa cəhd etməmələrini tələb edir, bu hərəkətləri ilə barələrində tətbiq ediləcək cəzanı ağırlaşdırdıqlarını diqqətlərinə çatdırır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












