Vətəndaşın "yol polisləri mənə təzyiq göstərdi" iddiasına RƏSMİ CAVAB

Lənkəranda vətəndaş yol polisindən şikayətçidir.
Avtosfer.az xəbər verir ki, Lənkəran rayonu Xolmili kənd sakini Zeynalov Münasib Tabir oğlu bu barədə redaksiyamıza müraciət edib.
O, iddia edir ki, iyunun 3-də saat 23:00 radələrində azyaşlı uşağı xətələnib: "Onu avtomobillə Lənkəran Mərkəzi Xəstəxanasına apararkən məni DYP əməkdaşları saxlayıb. Avtoxuliqanlıq etdiyimi bildirdiklərində isə, onlara uşağımın xəstə olduğunu dedim. Mənimlə xəstəxanaya gəldilər. Xəstəxanada isə mənim yalan dediyimi, polisi görüb, xəstəxananı bəhanə etdiyimi, həmçinin uşağın xəstə olmadığını bildirdilər. Lakin fakt olaraq, uşağın hansı vəziyyətdə xəstəxanaya çatdırıldığı barədə rəy var. DYP əməkdaşları məni zorla Lənkəran Rayon Polis Şöbəsinə apardılar. Orada mənimlə kobud şəkildə və nalayiq ifadələrlə danışaraq, təhdid etdilər. Məndən avtoxuliqanlıq etdiyimi etiraf etməyim tələb olundu. Daha sonra 3 nəfər mənə fiziki təsir göstərdi. Nəhayət bir neçə saat sonra avtomobili orada saxlayaraq, məni azad etdilər”.
Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin sürücü işıqforun qadağanedici işığında hərəkəti davam etdirdiyi və nəqliyyat vasitəsinin işıq cihazlarında nasazlıq olduğu üçün yol patrul xidməti əməkdaşı ona "saxla" işarəsi verib: “Lakin sürücü avtomobillə hərəkəti davam etdirib. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub. Səsləndirdiyi iddialar əsassızdır və həqiqəti əks etdirmir”.
Məhəbbət Tərlanoğlu
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












