Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.
Xətai rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki N.Həsənov isə vəzifədən azad edilərək Nəsimi rayon Mühafizə İdarəsinin rəisi postuna gətirilib.
Bundan başqa Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Qafqazinfo
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












