Vilayət Eyvazov icra başçısının qardaşını işdən çıxardı

Abşeron rayon Polis İdarəsinin rəis müavini işdən azad edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini İsa Babaşov tutduğu vəzifədən azad olunub.
İ. Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qardaşıdır.
Qeyd edək ki, bir müddətdir Abşeron rayon Polis İdarəsində yoxlamalar keçirilib. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. İsa Babaşovun da nöqsanlar səbəbilə işdən çıxarıldığı bildirilir.
Bundan əvvəl keçirilən yoxlamalar zamanı isə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.
lent.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












