Xanım sürücü yolda qaldı, köməyə polislər gəldi - FOTO

Bakıda polis əməkdaşları köməksiz vəziyyətdə qalan psixoloq Aytən Ələkbərovaya yardım ediblər. Bu barədə sürücü Avtosfer.az-ın sosial şəbəkə ünvanına hadisə ilə bağlı məlumat verib. O bildirir ki, iyunun 20-də, paytaxtın Bakıxanov prospekti ilə hərəkət edən zaman avtomobilin mühərrikində nasazlıq yaranması səbəbindən yolda qalıb. Bu zaman onun köməyinə polis əməkdaşları gəlib: "Yolda köməksiz vəziyyətdə qaldığımı görən Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları yaxınlaşdı. Onlar yolda qalma səbəbimi maraqlandıqdan sonra problemi dərhal aradan qaldırmağa çalışdılar. Həmin polis əməkdaşlarının sayəsində avtomobilimdə olan nasazlıq aradan qaldırıldı və mən yoluma davam etdim. Adlarını bilmədiyim əməkdaşların xidmətinə görə, vətəndaşa qarşı göstərdikləri diqqətə görə, Azərbaycan polisinə, Baş Mühafizə İdarəsinin rəisi
polis general-mayoru cənab Nurullah Məmmədxanlıya, o cümlədən Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki cənab Nazim Həsənova sonsuz təşəkkürümü bildirirəm.
Könül
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















