Xətai polisi maşının nömrəsini çıxaran "avtoş" sürücünü saxladı - Məhkəmə həbs etdi - VİDEO

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq videolarını sosial şəbəkədə paylaşan sürücü saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, 77-PU-258 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü yol boyu təhlükəli manevrlər edib. Kadrlardan göründüyü kimi, “sağ-sol” edən sürücü maşını iki təkər qaldıraraq “şou” göstərib. Daha sonra o, işıqforun qırmızı işığında dayanmayıb və lüzumsuz manevrlərlə hərəkətinə davam edib. Nəticədə sürücü özüylə yanaşı digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.
Qeyd edək ki, bir müddət əvvəl saytımızda sözügedən sürücünün başqa bir videosu paylaşılmışdı. Həmin görüntüdə o, maşını dövlət nömrə nişanı olmadan sürərək avtoxuliqanlıq etmişdi.
Yayılan görüntülərlə bağlı Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində sürücü - Həsənov Elmir Zülfüqar oğlu müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs olunub.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












