Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün - FOTO

Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün” adlı tədbir keçirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildiriblər ki, Dənizkənarı Bulvarda keçirilən tədbirdə deputat Vüqar İsgəndərov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, Bakı Şəhər Gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, əməkdar artist Bəhram Bağırzadə və valideynlər iştirak ediblər.
Sonra musiqi sədaları altında rəqs edən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Bundan əlavə, iştirakçılar uşaqların hazırladığı əl işləri ilə tanış olub, onların fəaliyyətləri ilə yaxından tanış olublar.
Sonda sponsoıar tərəfindən uşaqlar üçün hədiyyələr paylanılıb.
Qeyd edək ki, tədbir “Paşa Holdinq”, “Dənizkənarı Bulvar İdarəsi”, “Baş Dövlət Yol Polisi İdarəsi”, “Azərçay”, “İdman TV”, “Könüllü Dost”, “Mcdonalds”, “Vertera”, “Azfest Group” və “ADMEDİA”nın dəstəyi ilə həyata keçirilib.

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












