Yol patrul xidməti görünməyən yerdə dayana bilərmi? sualına cavab - VİDEO

Qaydaları pozmayan sürücü üçün polisin harada dayanmasının heç bir fərqi olmamalıdır. Avtosfer.az bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev yol-patrul xidməti əməkdaşlarının görünməyən yerdə dayanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Şöbə rəisi deyib ki, məsələyə bu şəkildə yanaşanlar Dövlət Yol Polisininin əsas funksiyalarından xəbərsizdir.
Namidan Piriyev bildirib ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur.
Buna görə də yol polisinin harada dayanmasının heç bir fərqi yoxdur.
Şöbə rəisi deyb ki, yol polisinin yolun hərəkət hissəsində dayanmaqdansa, kənarda bir yerdə dayanması daha məqsədəuyğundur. Onun sözlərinə görə, qaydaları pozmayan və sürət həddinə əməl edən sürücü üçün yol polisinin harada dayanmasının heç bir fərqi olmamalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










