Yol polisi bayram öncəsi maarifləndirici tədbirlərə start verdi - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün paytaxt ərazisində sürücülər arasında maarifləndirici tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir Yeni il ərəfəsində sürücülər arasında maarifləndirmə işi aparmaq, yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə onlara qaydaları izah etməkdir.
Tədbir zamanı yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbətlər aparıb, onlara təhlükəsizlik kəmərindən, sükan arxasında mobil telefondan istifadə, uşaqların avtomobillərdə daşınma qaydalarının pozulmasının yaratdığı təhlükələr barədə məlumat verib,
Saxlanılan nəqliyyat vasitələrinin sürcülərinə və avtomobildə olan azyaşlı sərnişinlərə yol polisinin müxtəlif hədiyyələri təqdim edilib.
Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, Yeni il ərəfəsində yol polisi təbliğat işlərini gücləndirib. Məqsəd bayram günləri yol nəqliyyat hadisələrinin qarşısını almaq sürücülərin diqqətli olmasına, qayda pozmamasına yönələn addımlar atmaqdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















