Yol polisi bir sutkada 1629 nəfəri karantinə görə CƏRİMƏLƏDİ

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 7 iyul saat 00:00-dan 8 iyul saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1629 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az verilən məlumata görə, 242 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 1874 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 55-i rayon, 135-i paytaxt istiqamətinə olmaqla 190, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 140-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 200 avtomobil geri qaytarılıb, ümumilikdə 500 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Elmin
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR












