Yol polisi bu gün 10-a yaxın insanın həyatını - XİLAS ETDİ

"Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə əlaqəli ötən gün 00:00 radələrindən başlayaraq paytaxtın inzibati ərazisinə düşən bütün küçə və prospektlər polis tərəfindən nəzarətə götürülməklə gücləndirilmiş iş saatı ilə xidmət təşkil edilib. Bakının inzibati ərazisinə düşən küçə və prospektlərdə 80-ə yaxın yoxlama-buraxılma stasionar postlarında hərəkətlə bağlı nəzarət gücləndirilib. Eyni zamanda aparılmış xidmət deməyə əsas verir ki, həqiqətən də polis-vətəndaş münasibətlərində həmrəylik nümayiş etdirililib."
Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu gün aparılan müşahidələr deməyə əsas verir ki, ancaq hərəkətlə bağlı təcili tibbi yardım avtomobilləri, kommunal təyinatı nəqliyyat vasitələri və digər sahələrdə çalışan əməkdaşların idarət etdiyi avtomobillərdir. "Amma buna baxmayaraq, 100-ə yaxın tələblərin pozulması ilə əlaqədar protokollar da tərtib edilib, eyni zamanda vətəndaşlar tərəfindən müraciətlər də nəzərə alınaraq hətta ölüm təhlükəsi ilə üzləşən vətəndaşların da vaxtında təcili tibbi yardıma çatıdırılması əməkdaşlarımız tərəfindən təmin edilib."
Vaqif Əsədov bildirib ki, Mərdəkan istiqamətindən Nəsrəddin Tusi adına klinika istiqamətində ağır qanaxma ilə əlaqəli yol polisləri tərəfindən xəstənin çatıdırılması təmin edilib. "İlkin tibbi yardım nəticəsində xəstənin yaşamına müsbət təsir göstərib. Eyni zamanda bu gün günorta saatlarında Binə qəsəbəsinin "Atçılıq" deyilən ərazisində evdə qab yuyan bir xanım şah damarının kəsilməsi nəticəsində qan itirməyə başlayıb. Vətəndaşın yola çıxaraq polisdən yardım istəməsi həmin qadının da vaxtında xəstəxanaya çatdırılması nəticəsində həyatı xilas edilib. Bayıl qəsəbəsindən şəhər mərkəzinə doğru hərəkətdə olan dializ xəstəsinin vaxtında çatdırılması təmin edilib. Beləliklıə, 10-a yaxın belə faktlar bu saatadək aşkarlanıb və müdaxilə edilərək həyatları xilas edilib. Nəzarət tədbirləri davam etdirilir."
Vaqif Əsədov bir daha vətəndaşlara müraciət edib. "Vətəndaşlardan xahiş edirik ki, məlum karantin tədbirlərini birlikdə yerinə yetirək. Unutmayaq ki, birlikdə güclüyük."
Qeyd edək ki, redaksiyamıza zəng edən Ramiz İsrafilzadə adlı şəxs bildirib ki, ağır qanaxması olan xəstəni çatdırmaq üçün yol polisi onlara kömək edib. Nəticədə xəstənin həyatı xilas edilib. Buna görə başda Vaqif Əsədov olmaqla bütün yol polislərinə təşəkkürünü bildirib.
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO












