Yol polisi bu halda qayda pozurmu? - VİDEO

Oxuculardan biri yol patrul xidməti avtomobilinin qayda pozuntusunu qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Belə ki, Zaqatala rayon Dövlət Yol Polisi Şöbəsinə məxsus 90-YP-586 qeydiyyat nişanlı patrul avtomobilinin sürücüsü 1.1 bütöv xəttinin tələbinj pozaraq geriyə dönüb. Polis əməkdaşı manevri sayrışan işıq siqnallarını və xüsusi səs siqnalını qoşmadan həyata keçirib. Avtosfer.az-a məlumat verən oxucu polis əməkdaşının bu hərəkətindən təəssüfləndiyini bildirib. "Onlar sürücülərdən qayda-qanun tələb edir, amma özləri qanunun tələbini pozurlar. Həmin manevri digər sürücü etsəydi polis əməkdaşı dərhal cərimə yazacaqdı. Ona görə də polis əməkdaşları sürücüyə nümunə olmalıdır" - deyə oxucu bildirib.
Bəs bu halda yol polisi əməkdaşı qayda pozmuş hesab olunur yoxsa yox?
"Yol hərəkəti haqqında" qanunun 48-ci maddəsinin I hissəsində qeyd olunub ki, Üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı
yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs
siqnallarını qoşmalıdırlar.
Yuxarıda sadalanan operativ nəqliyyat vasitələrinin sürücüləri xüsusi tapşırığı yerinə yetirən zaman xüsusi səs və sarışan işıq siqnallarını qoşmadan qayda pozduqda digər sürücülər kimi məsuliyyətə cəlb oluna bilərlər.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












