Yol polisi əməkdaşları Sumqayıt avtovağzalında daşıyıcılar və sərnişinlərlə görüş keçirdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daşıyıcılarla maarifləndirmə xarakterli görüşlərini davam etdirir.
Sumqayıt avtovağzalında təşkil olunan növbəti tədbirdə də sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan hüquqi və fiziki şəxslərə, eləcə də sürücülərə hüquq və vəzifələri haqda bir daha geniş məlumat verilib, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, həmçinin iş və istirahət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması xüsusi vurğulanıb.
Avtobuslarda səfərə çıxmağa hazırlaşan sərnişinlərə isə Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı tövsiyə xarakterli posterin məzmunu barədə məlumat verilib, onlara həyatlarını etibar etdikləri sürücülərin yol verdikləri qayda pozuntularına biganə qalmamaq, hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, qayda pozan sürücüləri intizama dəvət etmək tövsiyə edilib, zərurət yarandığı təqdirdə “902” Qaynar Xəttinə məlumat vermələri xahiş olunub.
Görüş iştirakçıları DYP tərəfindən keçirilən tədbiri rəğbətlə qarşılayıb, onların rahat və təhlükəsiz hərəkəti üçün atılan addımların və bu sahədə DYP ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu qeyd edib, minnətdarlıqlarını bildiriblər.
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO










