Yol polisi Füzulidəki ağır qəzanın görüntülərini yaydı - ANBAAN VİDEO

Füzuli rayonunda yol qəzası baş verib.
Hadisə Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü, 1985-ci il təvəllüdlü Salyan şəhər sakini Nəzərov Rəşad Rəşid oğlu, onun sərnişini, 1964-cü il təvəllüdlü Kürdəmir rayon sakini Əhmədov Yaşar Mirzə oğlu ölüb. Qəza nəticəsində 6 nəfər - Salyan rayon sakinləri Mütəllimov Novruz Azər oğlu, Bayramov Elmir Ağaməmməd oğlu, Nağıyev Zeynal Xanhüseyn oğlu, Bərdə sakini Məmmədov Nicat Musa oğlu, Ağstafa sakini Həsənov Elxan Eynur oğlu və Aşurov Məşədi Alı oğlu xəsarət alıb. (apa)
***
Ötən gün saat 19:00 radələrində Ağstafa rayon sakini 2000-ci il təvəllüdlü Həsənov Elxan Eynur oğlu Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı, 90-XM-210 dövlət qeydiyyat nişanlı avtomobillə sərt döngədə idarəetməni itirməsi nəticəsində əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn Salyan şəhər sakini 1985-ci il təvəllüdlü Nəzərov Rəşad Rəşid oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 07-BG-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, qəza nəticəsində “Jiquli” markalı avtomobildə olan sərnişin Əhmədov Yaşar Mirzə oğlu hadisə yerində, sürücü Rəşad Nəzərov isə yerləşdirildiyi tibb müəssisəsində həyatlarını itirib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəza nəticəsində xəsarət almış şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan yolda müəyyən edilmiş sürət həddinə riayət etməyi, sərt döngələrdə, enişli-yoxuşlu, yaxud dağlıq ərazilərdən keçən yollarda, günün qaranlıq vaxtı eləcə də məhdud görünmə şəraitində sürət rejimini düzgün seçməyi, yol və hava şəraitini nəzərə almağı xahiş edir, nəqliyyat vasitəsini idarə edərkən verilən yanlış qərarların onların özləri və digər günahsız insanlar üçün bərpası mümkün olmayan itkilərə yol açdığını unutmamağa çağırır.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










