Yol polisi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara səsləndi

Havaların kəskin dəyişəcəyi ilə bağlı yol polisi hərəkət iştirakçılarına müraciət edib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov müraciət edərək bildirib ki, sinoptiklərin verdiyi məlumata görə ölkədə, eləcə də paytaxt Bakı şəhərində hava şəraiti kəskin dəyişəcək. Hal hazırda hava şəraitinin dəyişdiyini və temperaturun aşağı düşdüyünü müşahidə edirik. Yolların qarlı-buzlu olacağını nəzərə alaraq nəqliyyat vasitələri sürücülərinə tövsiyə edirik ki, mümkün qədər şəxsi nəqliyyat vasitələrindən imtina edərək ictimai nəqliyyata üstünlük versinlər. Ayrıca olaraq hər bir sürücü sürət həddinə xüsusi diqqət yetirməli, hərəkət sürətini minimuma endirməli, əsasən də qarşıdakı avtomobillərlə ara məsafəsini artıq saxlamalıdırlar. Eyni zamanda nəqliyyat vasitəsinin soyutma və isitmə sistemində antifriz kimi tanınan məhlulun olmasını təmin etməli, şüşə silgəclərini saz vəziyyətdə saxlamalı, şinlərin protektoruna diqqət yetirməli, hətta qış rejiminə uyğun olan şinlərdən istifadə etmələri tövsiyə olunur.
Sürücülər bu cür hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətlərdən və söhbətlərdən maksimum dərəcədə çəkinməlidirlər ki, təhlükə ilə üzləşən zaman vaxtından əvvəl tədbir görə bilsinlər. Qarlı-buzlu hava şəraitində avtomobili əyləc vasitəsilə dayandırarkən təkərlərin sürüşmə ehtimalı böyük olduğu üçün, bu əməliyyatın sürətlər qutusu hesabına aparılması vacib hesab olunur.
Bir sözlə sürücülər hava şəraitinə uyğun şəkildə elə hərəkət etməlidir ki, baş verə biləcək yol nəqliyyat hadisələrindən vaxtında yayına bilsinlər.
Vaqif Əsədov eyni zamanda piyadalara da müraciət edib. "Piyadalardan xahiş olunur ki, səki ilə, yol çiyini ilə, bunlar olmadıqda isə hərəkət hissəsinin kənarı ilə hərəkət etsinlər. Yolu nizamlanmayan piyada keçidləri vasitəsi ilə keçərkən üstünlük onlarda olsa belə yolun buzlu olmasını nəzərə alaraq avtomobillərin qarşısına çıxmamaları tövsiyə olunur. Valideynlərdən də xahiş olunur ki, qar yağan zaman azyaşlı uşaqların həyət ərazilərindən kənara, yəni avtomobillərin hərəkəti olan yerlərə çıxmasının qarşısını alsınlar".
Təbriz
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR










