Yol Polisi intellektual yarış keçirib - FOTO

27 aprel 2023-cü il tarixində “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 312 nömrəli tam orta məktəbdə “Uşaqlara yol hərəkəti qaydalarını necə öyrətməli?” mövzusunda intellektual yarış keçirilib.
Məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, polis leytenantı Rüstəm Əhmədli, 312 nömrəli tam orta məktəbin direktoru Fidan Axundova, məktəbdənkənar işləri üzrə təşkilatçı Reyhan Tanrıverdiyeva, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, uşaqlar və valideynlər iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldıla biləcəyi məqsədilə görülən işlərdən danışıblar. Yarışdan əvvəl uşaqların ifasında yol hərəkəti qaydalarına aid mahnı və şeirlər səsləndirilib və ibdidai sinif şagirdi Əliyeva Mədinə “Gəldik Qarabağa” adlı rəqs edib.
Sonra uşaqlar arasında mövzu ilə bağlı yarış keçirilib. Yarışın münsiflər heyəti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Sevda Əsgərova, 312 nömrəli tam orta məktəbin direktoru Fidan Axundova, məktəbdənkənar işləri üzrə təşkilatçı Reyhan Tanrıverdiyeva olub.
20 nəfər 5-ci və 6-cı sinif şagirdlərindən təşkil olunmuş 4 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. “Yol polisləri” komandası yarışın nəticələrinə görə I yeri tutaraq diplomlar, “İşıqfor”, “Radar” və “Stof” komandaları isə təşəkkürnamə ilə təltif olunublar.
Sonda 312 nömrəli tam orta məktəbin rəhbərliyi yarışın təşkilatçılarına təşəkkürünü bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















