Yol polisi “kruq plyonkalı” , sərxoş sürücüləri saxladı - VİDEO

Avtomobilin konstruksiyasına müdaxilə edən və sərxoş vəziyyətdə maşın idarə edən sürücülər saxlanılıb. Bu barədə Avtosfer.az-a açıqlamasında Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə inspektoru polis baş leytenantı Anar Məmmədov bildirib. Belə ki, Xəzər rayonu ərazisində qayda pozan sürücülərə qarşı keçirilən tədbirlər zamanı ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkən 99-PV-082 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü saxlanılıb. Bütün şüşələrə plyonka çəkərək görünüşü məhdudlaşdıran həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilib və plyonkalar isə sökülüb.
Eyni zamanda 10-HR-624 qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılan zaman məlum olub ki, sükan arxasında sərxoş vəziyyətdə olub. Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun olmadığı, o cümlədən 1000 manatdan çox ödənilməyən cərimələrinin olduğu məlum olub.
Fərid
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












