Yol polisi məktəblərin açılması ilə bağlı hərəkətə keçdi - FOTO - VİDEO

Yol polisi tərəfindən məktəblərdə əyani tədrisin başlaması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Dövlət Yol Polisi əməkdaşları paytaxt ərazisində küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olma ehtimalını nəzərə alaraq məktəblərdə və məktəbəqədər müəssisələrdə təhsil alanların təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün mühüm işlər həyata keçirir. Belə ki, DYP əməkdaşları tərəfindən təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirilir.
Eyni zamanda valideynlər, məktəblilər və müəllimlərlə profilaktik söhbətlər aparılır.
Məktəblərin qarşısında dayanma-durma qaydalarını pozan sürücülərlə maarifləndirici söhbətlər aparılır, eyni zamanda ikinci sırada park edən, yol nişanlarının qarşısını kəsən sürücülərə inzibati qaydada protokol tərtib olunur. Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Analoji tədbirlərdən biri bu gün Binəqədi rayonu ərazisində baş tutub. Rayon yol polisi şöbəsinin əməkdaşları məktəblərin önünə də bu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış xüsusi maarifləndirici plakatlar vurub. Yol polisi əməkdaşları eyni zamanda şagird və müəllimlərlə maarifləndirici söhbətlər aparıb.
Qeyd edək ki, lövhələrdə şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.
Plakatlar yol polisi əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən bir sıra məktəblərin önünə vurulacaq və eyni zamanda karantin qaydalarına uyğun olaraq təbliğat işləri davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




























