Yol polisi mopedlərlə bağlı suallara aydınlıq gətirdi - RƏSMİ

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, habelə onların idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunur.
Avtosfer.az xəbər verir ki, bu haqda mətbuatın sorğusuna cavab olaraq Bakı şəhər DYPİ-nin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, mopedlərin qeydiyyatı və onları idarə edənlərin sürücülük hüququnun olması məhz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə xidmət edir.
"Belə ki, həmin nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması – faktiki olaraq həm onları idarə edən, həm də digər şəxslərin həyat və sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilmiş, eləcə də xəsarət, ölüm, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin dinamikasında ciddi artıma səbəb olmuşdu.
Eyni zamanda, moped sürücülərinin təkcə cari ildə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan pozuntularla əlaqədar vətəndaşlardan daxil olmuş 3000-dən artıq şikayətin hər birində hərəkət iştirakçıları polisdən bu sahədə təsirli tədbirlərin görülməsini tələb edirdi".
Mopedlərin alqı-satqısı və qeydiyyat məsələləri ilə bağlı suala cavabında Araz Əsgərli qeyd edib ki, alqı-satqı müqaviləsi əsasında mopedlər DİN-in Baş Dövlət Yol Polis İdarəsində rəsmiləşdirilir: "Əgər moped hissə-hissə ödəmə (kredit) ilə alınıbsa, qeydiyyat məsələsi satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə həll edilir. Heç bir sənədi olmayan moped sahibləri isə həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu yalnız məhkəmə qərarı əsasında rəsmiləşdirə bilərlər. Zəruri halda polis əməkdaşları öz səlahiyyətləri daxilində moped sürücülərinə bütün lazımi köməklikləri də göstərirlər".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












