Yol polisi müraciət etdi: Avtomobillərinizi bu yerlərdə SAXLAMAYIN!

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib.
Hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə sürücülərdən və avtomobil sahiblərindən yola çıxarkən ehtiyatlı olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.
Avtosfer.az xəbər verir ki, müraciətdə sürücülərə küləkli havada nəqliyyat vasitələrini sürüşmə, uçma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaları, park edərkən qapalı məkanlara üstünlük verilmələri tövsiyə olunur.
"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin, həmçinin 2 təkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlərin isə daha da məsuliyyətli olmalarını, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməsini, piyadalara qarşı isə yolu keçərkən sürücülər tərəfindən diqqəti artırmağı xahiş edirik!", - İdarədən bildirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












