Yol polisi özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxsi cərimələdi - VİDEO

İki gün əvvəl, paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb. Avtosfer.az xəbər verir ki, videonu təlimçi Arzu Babazadə çəkib. Xanım sürücü bildirib ki, qayda pozan şəxsə irad bildirdikdə o, özünü prokurorluq orqanlarının əməkdaşı kimi təqdim edib. Daha sonra isə iradla razılaşaraq avtomobilə əyləşib.
Görüntülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb. Sürücü Nurlan Həsənov İdarəyə dəvət edilib. O, özü də Avtosfer.az-a bildirib ki, əməlindən peşimandır və xanım sürücünün iradını qəbul edib. Sürücü qeyd edib ki, həmin vaxt tədnir üçün gül gətirilməsini xahiş ediblər. Bu zaman tələsdiyi üçün qayda pozub. Yol polisi sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












