Yol polisi qarlı havada sürücülərə belə kömək etdi - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolu buz bağlayıb.
Avtosfer.az-ın xəbərinə görə, gecə saatlarından etibarən yağan qar yolda avtomobillərin hərəkətini çətinləşdirib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar yolda qalan sürücülərə yol polisinin əməkdaşları köməklik göstərirlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib. Müraciətdə deyilir:
"Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












