Yol polisi qayda pozan piyadalara real qəza videoları göstərdi – Dəhşətə gəldilər - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində piyadalarla bağlı yeni maarifləndirici aksiyaya start verib. Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonu 8 Noyabr prospekti, Nizami rayonu Heydər Əliyev prospekti (Koroğlu metrosunun yanı) və Səbail rayonu yeni Salyan yolu (Su İdman Sarayının qarşısı) piyada keçidlərinin yaxınlığında yolu təyin olunmamış yerdən keçən piyadalar maarifləndirilib. Belə ki, qayda pozan piyadalar yol polisi tərəfindən saxlanılıb və onlara keçdikləri ərazidə baş vermiş piyadavurma hadisəsinin real görüntüləri göstərilib. Görüntüləri izləyən piyadaların diqqətinə çatdırılıb ki, bu görüntülərdə əksini tapan piyadaların çoxu elə hadisə yerindəcə ölüb. Onlar keçid olan ərazidə yolu təyin olunmayan yerdən dəfələrlə keçiblər, lakin sonuncu dəfə qəzaya düşərək həyatla vidalaşıblar. Odur ki, hər bir piyada qəzaya düşmədən qaydalara əməl emtəyə başlasa nəticəsi yaxşı olacaq. Əks halda belə faciəli hadisələr bir gün onların da başına gələ bilər.
Aparılan müşahidələr onu göstərir ki, 50-150 metr məsafədə yeraltı və yerüstü piyada keçidi olsa da, yanında uşaq olan analar, yaşlı qadınlar, gənclər, velosiped sürənlər keçiddən istifadə etmədən özlərini təhlükəyə atırlar. Onlar yol polisinin təqdim etdiyi qəza videolarını izləyəndən sonra dəhşətə gəldiklərini, bundan sonra keçiddən istifadə edəcəklərini bildiriblər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli piyadalarla söhbətlər aparıb. Bildirib ki, yolu təyin olunmamış yerdən keçən zaman həm piyada, həm də sürücülər üçün təhlükə yaranır. Ən doğru seçim qaydalara əməl etməkdir.
Qeyd edək ki, bu cür tədbirlər davam etdiriləcək.
Orxan Əli
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
















