Yol polisi qüvvəyə minməmiş cəriməni məcburi ödətdirir - ŞİKAYƏT

Yol polisinin qanunsuz davranışları barədə saytımıza vətəndaş müraciəti daxil olub. Müraciətdə bildirilir ki, sürücüyə cərimə barədə bildiriş gəlib və qanunla 10 gün şikayət müddəti var. 10 gün tamam olmadan cərimə qərarı qüvvəyə minmir. Sürücü 2 gün sonra protokoldan şikayət verib. Qanunla bu halda şikayətə baxılıb qurtarmayınca, cərimə qərarı qüvvəyə minə bilməz. 2 gün sonra isə sürücü İmişlidə texniki baxışdan keçmək istəyib, amma ona hələ 10 günü tamam olmayan, üstəlik, şikayət olunmuş, yəni qüvvəyə minməmiş cəriməni məcburən ödətdiriblər. O da o boyda yolu Saatlıya qayıtmasın deyə "şantaj"ı qəbul edib və ödəyib. Qüvvəyə minməyən belə bir cərimənin ödənilməsi texniki baxış zamanı tələb oluna bilərmi?
Yaranmış vəziyyətin qanuna uyğun olub-olmamasını Bizimyol.info xəbər portalına şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, iki gün ərzində qərarlı cərimə qəbul edilə bilməz. Bu, ciddi qayda pozuntusudur: "Bu, tamamilə qanunsuz bir hərəkətdir. "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə istinad etsək, orada bu haqda açıq şəkildə qeyd olunub. Ciddi baxış zamanı sürücüdən yalnız qanuni qüvvəyə minmiş qərar tələb oluna bilər ki, ödənilsin. Rəsmi qərara minmiş cərimədirsə, yalnız onu tələb edə bilərlər. Əgər qərarsız cərimədirsə, o halda həmin texniki baxış məntəqəsində bu cərimələr qərarlaşdırılır, qərarı qəbul olunur və sürücüyə də bildiriş şəklində təqdim olunur ki, artıq sizin cərimələriniz qərarlıdır, vaxtında gedib ödənişi edin. O artıq başqa məsələdir ki, artıq 10 günü ötməmiş cərimə qərarlı şəkildə qüvvəyə minib. İki gün ərzində qərarlı cərimə qəbul edilə bilməz. Sistemdə belədir ki, elektron qərar tərtib olunur, amma sürücünün 10 gün ərzində şikayət etmək hüququ var. Həmin 10 gün ərzində də o cərimənin üzərinə hər hansı bir faiz gələ bilməz, qərar qəbul oluna bilməz. Adı elektron qərar olsa da, buradakı qərar qəbulu bizim anladığımız qaydada deyil. Qeyd etdiyimiz kimi, sürücü 10 gün ərzində şikayət etmək haqqında sahibdir, növbəti 10 gün ərzində də cəriməni ödəsə, faiz güzəştindən yararlanır və beləcə sonrakı müddətlərdə də bir ay ərzində ödəniş etsə, heç bir faiz hesablanmır. Bir aydan sonra isə üzərinə faiz gəlir. Qaydalar bu cürdür. Yoxsa iki gün sonra texniki baxış məntəqəsində cəriməni ödətdirmək, bu özü hesab edirəm ki, qanundankənar bir vəziyyətdir" - deyə, nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











