Yol polisi radara düşdü, cərimə başqa sürücüyə göndərildi - FOTO

Qayda pozmadığı halda dəfələrlə cərimələndiyini deyən İlkin adlı şəxs sosial şəbəkə hesabında yenidən paylaşım edib. Avtosfer.az-ın məlumatına görə, İlkin bildirib ki, yol patrul xidməti maşınına məxsus inzibati protokol sürücünün ünvanına göndərilib.
Şikayətçinin iddiasına görə, qayda pozan yol polisinin maşını onun avtomobiliylə oxşar dövlət nömrə nişanına malikdir. Məhz bu səbəbdən oxşar qayda pozuntusu törətməklə bağlı ona cərimə yazılıb. Şikayətçinin göndərdiyi fotoşəkildən də göründüyü kimi, 99-YP-419 dövlət nömrə nişanlı Yol-Patrul Xidməti avtomobili Nəsimi rayonu Füzuli küçəsində sürət həddini aşıb. Lakin cərimə İlkin adlı şəxsin idarə etdiyi “Toyota” markalı 99-MP-419 dövlət nömrə nişanlı avtomobilə yazılıb.
Qeyd edək ki, sürücü bu halla əvvəllər də qarşılaşdığını əlavə edib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, texniki səhv artıq aradan qaldırılıb.
Nərmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












