Yol polisi "saxla" dedi, sürücü qaçdı - Məhkəmə həbs qərarı verdi - FOTOLAR

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb. DİN-in BDYPİ-dən Avtosfer.az-a verilən xəbərə görə, YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Kamaz” markalı, 77-CF-094 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Mərhəmət Babayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində avtomobil saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Mərhəmət Babayev nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiyinə, həmin inzibati xətanı il ərzində təkrar törətdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edildiyinə görə polisin qanuni tələbinə tabe olmayaraq yayınmağa çalışıb və qanunazidd əməllərini davam etdirib.
Bununla bağlı sürücü barəsində inzibati qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Mərhəmət Babayev inzibati qaydada həbs edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















