Yol polisi saxladığı avtomobildə silah aşkar etdi - FOTO

İsmayıllıda yol polisi avtomobildə qanunsuz odlu silah aşkarlayıb
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyən ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sürücü, İsmayıllı rayon sakini İsmayıl Hacıyev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” əmri verilib. Yol polisi avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb. Araşdırma zamanı həmin “TOZ-63” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı məlum olub. İ.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Həmçinin, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayonun Qalınçaq kənd sakini Saiq Qəribov “İJ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















