Yol polisi sürücünü döyərək maşını əlindən alıb? - DİN-dən AÇIQLAMA
Yol polisi
9 Aprel 2021 15:16

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Göyçayda Yol-Patrul Xidməti əməkdaşlarının sürücünü döyərək maşınını əlindən alması iddiası haqda açıqlama verib. DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, bununla əlaqədar aparılan araşdırmalarla şikayətçi sürücünün Göyçayın Potu kəndində yaşayan Ramil Yusifov olduğu müəyyən edilib: “O, bu il aprelin 7-də idarə etdiyi “Nissan Qashqai” markalı avtomobillə Göyçay-Ucar yolunda yol hərəkəti qaydasını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən ondan kəskin spirt qoxusu gəldiyi üçün həkim müayinəsinə aparılıb və onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib, idarə etdiyi avtomobil isə mühafizə olunan dayanacağa yerləşdirilib.
Bu proses zamanı sürücüyə qarşı polis tərəfindən hər hansı zor tətbiqi və ya təhqiredici ifadələr işlədilməyib. Sürücü özü də yol verdiyi ciddi xətasını başa düşərək polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməyib, etiraz etməyib”.
DİN-dən bildirilib ki, R. Yusifov bundan əvvəl də 2 dəfə avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb: “Yol hərəkətinin digər iştirakçıları-sürücülər və piyadalar üçün real təhlükə mənbəyi olan belə bir sürücünü kiminsə müdafiə etməsi, onu zərərçəkmiş kimi təqdim etməsi olduqca təəssüf doğuran haldır”.
Qeyd edilib ki, həkim müayinəsindən keçərkən sürücüdə hər hansı bir xəsarət izi olmayıb.

Oxunub : 1684
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ













